Bakı. Trend:
Rəsmi Vatikan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın dünyadakı müharibələrə son qoyacağına və sabitlik elementi olacağına ümidvardır.
Trend xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin deyib.
“İnanıram ki, Donald Tramp hər şeydən əvvəl bütün ölkənin prezidenti olmaq üçün çalışacaq və beləliklə, Birləşmiş Ştatlarda yaranmış qütbləşməni aradan qaldıracaq.
Donald Trampa seçkilərdəki qələbəsinə görə uğurlar və çoxlu müdriklik arzulayırıq”, - deyə Pietro Parolin qeyd edib.