...

London və Yeni Dehli azad ticarət danışıqlarını bərpa edirlər

Dünya xəbərləri Materials 19 Noyabr 2024 06:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya və Hindistan azad ticarət razılaşmasına nail olmaq üçün danışıqları bərpa edirlər. Bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin Hindistanın baş naziri Narendra Modi ilə Rio-de-Janeyroda keçirdiyi görüşün yekunlarına dair yayılan bəyanatda bildirilir.

Trend xəbər verir ki, bəyanatda qeyd olunur: “Birləşmiş Krallıq Hindistanla yeni strateji tərəfdaşlığa, o cümlədən ticarət sazişinə, eləcə də təhlükəsizlik, təhsil, texnologiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığımızı genişləndirməyə sadiqdir.”

Bununla yanaşı, qeyd olunur ki, hər iki ölkədə seçki dövrünün başlaması ilə əlaqədar danışıqlar səkkiz ay əvvəl dayandırılmışdı. Danışıqların bərpası noyabr ayına nəzərdə tutulur.

Birləşmiş Krallıq və Hindistan arasında illik ticarət dövriyyəsi 50 milyard dolları ötür, bunun 21 milyard dolları isə Britaniyanın ixracının payına düşür.

Xəbər lenti

Xəbər lenti