Bakı. Trend:
Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.