...

İrana qarşı təcavüzün heç bir əsası və bəraəti yoxdur - Putin

Dünya xəbərləri Materials 23 İyun 2025 14:20 (UTC +04:00)
İrana qarşı təcavüzün heç bir əsası və bəraəti yoxdur - Putin
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin regiondakı mövcud vəziyyət üzrə İranın mövqeyini tam dəstəklədiyini bəyan edib.

Bu barədə Trend xəbər verir, bunu Vladimir Putin İranın xarici işlər naziri Abbas Araqçi ilə keçirdiyi görüşdə deyib.

“Baş verən hadisə hamıya yaxşı məlumdur, bu, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən aydın və birmənalı şəkildə ifadə olunub və BMT Təhlükəsizlik Şurasında tutduğumuz mövqeni əks etdirir”, – deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, İrana qarşı həyata keçirilən təhriksiz təcavüzün heç bir əsası və bəraəti yoxdur. O, mövcud vəziyyətdə İran xalqına dəstək göstərilməsi üçün birgə səylərin vacibliyini qeyd edib.

Prezident Araqçinin səfərindən məmnunluğunu ifadə edərək, Moskvada keçirilən görüşün bütün kəskin məsələlərin müzakirəsi və mövcud böhrandan çıxış yollarının birgə hazırlanması üçün mühüm imkan yaratdığını bildirib.

Xatırladaq ki, iyunun 22-də ABŞ hərbi hava qüvvələri 3 İran nüvə obyektinə zərbələr endirib. Mövcud məlumatlara əsasən, hər üç obyekt məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti