...

Azərbaycan musiqisi əcnəbi musiqi hitparadlarında (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2010 15:50 (UTC +04:00)
Bir müddət əvvəl yeni klip təqdim edən NEXT qrupu Yeni il ərəfəsində fanatlarını sevindirəcək. Qrupun mətbuat katibi Aysər Həsənlinin bazar ertəsi Trend Life-a verdiyi məlumata görə, 4 yaraşıqlı oğlan tamaşaçılara bayram hədiyyəsi olaraq ilk albomlarını təqdim edəcək. Artıq son tamamlanma işləri bitmək üzrə olan diskin adı isə "Love for sale"dir. Qeyd edək ki, bu albomun mahnılarının çoxu Ukraynada hazırlanır. Əsasən yeni mahnıların yer alacağı diskdə pop-folk janrda musiqilər olacaq.
Azərbaycan musiqisi əcnəbi musiqi hitparadlarında (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Bir müddət əvvəl yeni klip təqdim edən NEXT qrupu Yeni il ərəfəsində fanatlarını sevindirəcək. Qrupun mətbuat katibi Aysər Həsənlinin bazar ertəsi Trend Life-a verdiyi məlumata görə, 4 yaraşıqlı oğlan tamaşaçılara bayram hədiyyəsi olaraq ilk albomlarını təqdim edəcək. Artıq son tamamlanma işləri bitmək üzrə olan diskin adı isə "Love for sale"dir. Qeyd edək ki, bu albomun mahnılarının çoxu Ukraynada hazırlanır. Əsasən yeni mahnıların yer alacağı diskdə pop-folk janrda musiqilər olacaq.

Onu da qeyd edək ki, bu yaxınlarda "Dance et" klipini təqdim edən NEXT sözügedən mahnının Ukraynanın "O TV", "Gamma TV", "MAX TV" kanallarının hitparadlarının ilk beşliyində olduğunu vurğulayıb.

Bir müddət əvvəl Gürcüstanda olan NEXT-in amerkalı fotoqraf Dim Gomberq tərəfindən maraqlı fotosessiyası ərsəyə gəlmişdi. Həmin fotoları Sizə təqdim edirik.

Xəbər lenti

Xəbər lenti