...

“AqRa”da yeni kitab dünya dillərinə tərcümə olunub

Mədəniyyət Materials 17 Yanvar 2016 12:21 (UTC +04:00)
Bu günlərdə “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin və “Təhsil” Cəmiyyətlərinin üzvü, Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü,“Qızıl qələm” mükafatı laureatı, Ramiz Dənizin (Qasımov) “Ameriqo Vespuççi, Martin Valdzemüller – gizlin sövdələşmə” adlı elmi-tədqiqat əsəri ana dilindən əlavə ingilis, rus və ispan dillərinə tərcümə olunaraq nəşr olunub.
“AqRa”da yeni kitab dünya dillərinə tərcümə olunub

Bakı. Trend:

Bu günlərdə "AqRa" Elmin İnkişafına Dəstək İctimai Birliyinin və "Təhsil" Cəmiyyətlərinin üzvü, Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü,"Qızıl qələm" mükafatı laureatı, Ramiz Dənizin (Qasımov) "Ameriqo Vespuççi, Martin Valdzemüller - gizlin sövdələşmə" adlı elmi-tədqiqat əsəri ana dilindən əlavə ingilis, rus və ispan dillərinə tərcümə olunaraq nəşr olunub.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun əməkdaşı olan müəllifin həm adı çəkilən əsəri, həm də "Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi", "Əsrləri qabaqlamış alim - Nəsirəddin Tusi" və "Braziliyanın müəmmalı kəşfi" adlı müxtəlif dillərdə nəşr olunan 16 kitabı SOKAR-ın maliyyə dəstəyi ilə 2013-2015-ci illərdə çap edilib.

Əsərlərin tədqiqat obyekti əsasən İspaniya, Portuqaliya, İtaliya, Braziliya, ABŞ və Türkiyəni və s. əhatə etməklə Amerika qitəsinin kəşfinin birbaşa 13-cü əsrdə dahi Azərbaycan alimi Nəsirəddin Tusinin elmi araşdırmaları və tərtib etdiyi coğrafi xəritə əsasında mümkün olduğu elmi əsaslarla sübut olunur.

Qeyd edək ki, AMEA-nın, Coğrafiya institutu əməkdaşlarının, direktoru akademik Ramiz Məmmədovun rəyləri və ön sözləri ilə nəşr olunan kitablar barədə dünyanın elmi ictimaiyyəti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "AqRa" Elmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən mütəmadi olaraq məlumatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti