...

Qazaxıstanda iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 16 əməkdaşı həlak olub

Gündəm Materials 9 Yanvar 2022 08:21 (UTC +04:00)
Qazaxıstanda iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 16 əməkdaşı həlak olub

Bakı. Trend:

Qazaxıstanda iğtişaşlar zamanı 16 polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çoxu yaralanıb.

Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

"İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı cinayətkarlar tərəfindən nazirliyin, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların 16 əməkdaşı öldürülüb, 1,3 mindən çox əməkdaş yaralanıb", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti