...

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub (FOTO/VİDEO)

Gündəm Materials 8 Noyabr 2023 21:38 (UTC +04:00)
Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.

Trend xəbər verir ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.

44 günlük Vətən müharibəsinin üçüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarlarları əks olunub.

Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

FOTO - Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti