...

Kanalda batan şəxsin cəsədi tapılıb

Hadisə Materials 28 Avqust 2012 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend müxbir M.Əliyev/

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış 1981-ci il təvəllüdlü Novruz Qurban oğlu Yunusovun axtarışları başa çatıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən çərşənb axşamı bildirilib ki, ən yaxın xilasetmə məntəqəsindən təxminən, 7 km məsafədə, nəzarət olunmayan ərazidə batmış Yunusovun cəsədi FHN dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti