...

Bakıda yük avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 3 Sentyabr 2013 20:15 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda “KAMAZ” və “DAF” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Bakıda yük avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bakıda iki yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "KAMAZ" və "DAF" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və 1 nəfər sərnişin yaralanıb.

Xilasedicilər xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərib və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti