...

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 24 Sentyabr 2016 14:28 (UTC +04:00)
Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mətbəx mebeli, havatəmizləyici və qaz sobası yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti