...

Ağdaşda "Nissan" aşdı - 1 nəfər ölü, 6 yaralı

Hadisə Materials 3 Dekabr 2016 11:56 (UTC +04:00)
Ağdaş rayonunda ağır yol qəzası baş verib.
Ağdaşda "Nissan" aşdı - 1 nəfər ölü, 6 yaralı

Bakı. Trend:

Ağdaş rayonunda ağır yol qəzası baş verib.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nisaan" markalı avtomobili aşırıb. Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti