Bakı. Trend:
Yəmənin cənubunda yerləşən Aden şəhərində hərbi düşərgənin yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər isə yaralanıb.
Məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.