...

12 milyon dolları mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsinə əlavə şahid çağırıldı - KİM?

Hadisə Materials 15 Dekabr 2017 16:52 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
12 milyon dolları mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsinə əlavə şahid çağırıldı - KİM?

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zabir Əliyev vəsatət qaldırıb. O, bildirib ki, C.Canıyevə pulu verərkən Elman adlı şəxs də yanlarında olub və o, baş verən proseslərdən məlumatlıdır. Ona görə də zərərçəkmiş həmin şəxsin məhkəməyə əlavə şahid kimi çağırılmasını istəyib.

Vəsatət təmin edilib və adıçəkilən şəxsin prosesə çağırılması barədə qərar qəbul edilib.

İş üzrə növbəti məhkəmə prosesi dekabrın 20-nə təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti