...

Saatlıda qanunsuz balıq ovçuları saxlanılıb (FOTO)

Hadisə Materials 29 Mart 2022 10:22 (UTC +04:00)
Saatlıda qanunsuz balıq ovçuları saxlanılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, balıq və digər su bioresurslarının qanunsuz ovlanması hallarının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər gecə saatlarında baş tutub.

Əsasən su kanallarının keçdiyi kəndlərdə aparılan nəzarət-profilaktiki tədbirlər zamanı su hövzələrində sintetik torların qurulub-qurulmaması yoxlanılıb. Tədbirlər zamanı qeyd olunan qayda pozuntusu halları aşkarlanmayıb.

Lakin şöbə əməkdaşları tərəfindən rayonun Hacıqasımlı kəndi ərazisində aparılan nəzarət tədbirləri zamanı iki nəfər rayon sakininin kustar üsulla hazırlanmış elektrikli qurğudan istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Qaydaları pozaraq ekologiyaya ciddi ziyan vuran həmin şəxslər polislər tərəfindən saxlanılıb, onlardan istifadə etdikləri qanunsuz qurğular və ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Hər iki şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.

Qeyd etmək istəyirik ki, bu cür üsullarla balıq ovlanması qadağandır. Belə hallarla qarşılaşdıqda vətəndaşlardan mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti