...

İrandan Azərbaycana PUA ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 22 Aprel 2025 10:27 (UTC +04:00)
İrandan Azərbaycana PUA ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti