...

Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına çıxış edir – Türkiyənin XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2008 03:03 (UTC +04:00)
Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına çıxış edir – Türkiyənin XİN başçısı

Rusiya, Moskva, 20 fevral / müxbir Trend R.Ağayev / Türkiyə Azərbaycanın ermənistanın silahlı qüvvələrinin tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasına çıxış edir. Türkiyə BMT Təhlükəsizlik şurasının Dağlıq Qarabağa aid qətnamələrin icra olunmasının vacibliyini bildirir. Bu barədə Türkiyənin xarici işlər naziri Əli Babacan Moskvada keçirdiyi və RF səfərinin yekunlarına dair mətbuat konfransında Trend in xüsusi müxbirinin sualına cavab verərkən bildirib.

O qeyd etdi ki, Türkiyə Minsk prosesi çərçivəsində erməni-azərbaycan münaqişəsinin həllini dəstəkləyir. "Bizim ölkəmiz "dondurulmuş" münaqişələrin həllinə dair öz mövqeyini bildirib. Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" sayılır", - Türkiyənin xarici işlər naziri bildirib.

Əli Babacan Türkiyə-Azərbaycan münasibətlərinin Türkiyədə dost, qardaş və qonşu dövlətlər kimi qiymətləndirirlər. "Bu bizə imkan verir ki, biz deyək ki, əməkdaşlıq çox yüksək səviyyədədir", - deyə nazir qeyd etdi.

Xəbər lenti

Xəbər lenti