...

Minsk qrupunun amerikalı həmsədri artıq Bakıdadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2013 10:09 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik artıq Bakıdadır. Bu barədə səfir C. Uorlik öz "Twitter" səhifəsində yazıb.
Minsk qrupunun amerikalı həmsədri artıq Bakıdadır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik artıq Bakıdadır. Bu barədə səfir C. Uorlik öz "Twitter" səhifəsində yazıb.

Sabah səfir C. Uorlikin Bakıda mətbuat konfransı keçirəcəyi gözlənilir.

Həmsədr həmçinin Ermənistanda və Dağlıq Qarabağda da olacaq.

Amerikalı həmsədrin regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasına başlamaqdır.

Qeyd edək ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

Sözügedən səfər C.Uorlikin regiona həmsədr kimi ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti