...

Rusiya Federasiyası Şurasının Komitəsinin rəhbəri: " Rusiyada hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə təsir göstərməyəcək

Siyasət Materials 26 Sentyabr 2007 17:02 (UTC +04:00)
Rusiya Federasiyası Şurasının Komitəsinin rəhbəri: " Rusiyada hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə təsir göstərməyəcək

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Viktor Zubkovun Rusiyanın baş naziri təyin olunması və hökumətin tərkibinin dəyişməsi Moskva və Bakının ikitərəfli münasibətlərinə təsir göstərməyəcək. "Rusiyada hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərdə əks olunmayacaq" - deyə Federasiya Şurasının MDB dövlətləri ilə iş üzrə Komitəsinin sədri Vadim Qustov hesab edir.

Vladimir Putin sentyabrın 12-də baş nazir Mixail Fradkovun istefasını qəbul edib. Onu "Rosfinmonitorinq"in keçmiş rəhbəri Viktor Zubkov əvəz edib. Hökumətin özündə də dəyişikliklər baş verib. İqtisadi inkişaf naziri, səhiyyə və sosial inkişaf, regional inkişaf nazirləri öz postlarını tərk ediblər.

Çərşənbə günü telefonla Moskvadan Qustovun verdiyi məlumata görə, hökumətdə baş verən dəyişikliklər daxili məsələ olduğundan, bu, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərdə əksini tapmayacaq. "Azərbaycan neft -qaz yataqları və müxtlif resursların mövcud olması baxımından, Rusiya üçün maraqlıdır, buna görə də Azərbaycanla münasibətlər yalnız yaxşılaşacaq" - deyə Qustov bildirib.

RF-nin baş nazirinin birinci müavini Sergey İvanov ötən həftə bildirib ki, hökumətdəki dəyişiklik daxili dəyişikliklərdir və xarici siyasət kursuna təsir göstərməyəcək.

Sonuncu dəfə Rusiyada hakimiyyət dəyişikliyi 2004-cü ildə baş verib. Vladimir Putin 2004-cü il fevralın 24-də Mixail Kasyanovun hökumətini istefaya göndərib, bir həftədən sonra isə, Dövlət Dumasına Mixail Fradkovun baş nazir postuna namizədliyini təqdim edib. Parlament Fradkovun namizədliyini martın 5-də təsdiq edib.

Xəbər lenti

Xəbər lenti