...

Azərbaycanda sovet nümunəli hərbi texnikanın istifadəsi NATO yolunda maneə ola bilməz – birinci vitse-spiker

Siyasət Materials 12 Fevral 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ " müxbir E.Hüseynov / Azərbaycanın Silahlı Qüvvələri tərəfindən sovet və Rusiya nümunəli texnika və silahlardan istifadə olunması, Bakının hesab ediyi kimi, ölkənin NATO-ya gələcək inteqrasiyası və üzvlüyunə maneə ola bilməz. "Bizim bu məsələdə heç bir problemimiz yoxdur və ola bilməz", - Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov çərşənbə günü jurnalistlərə bildirib.

Keçmiş sovet ölkəsi olan Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, NATO ilə əməkdaşlıq edir və fəal surətdə hərbi islahatlar və NATO standartlarına keçid həyata keçirir. Ekspertlər Gürcüstan və Ukraynadan sonra NATO üzvlüyünə namizədlərdən birinin, SSRİ dağıldıqdan sonra sovet nümunəli silahlardan geniş istifadə edən Azərbaycanın ola biləcəyini ehtimal edirlər. Son zamanlar, əsasən, yanvarın 29-da Azərbaycanda MiQ -29 qırıcı dəyyarəsi qəzaya uğrayandan sonra, ekspertlər NATO silahları standartlarına tam şəkildə keçilməsinə çağırırlar.

Əsgərovun sözlərinə görə, NATO ölkələrinin bir çoxunda, məsələn, Rusiyada istehsal olunan Kalaşnikov avtomatından və digər silah növlərindən istifadə olunur. "Silah, hərbi texnika yaxşıdırsa, o zaman harada istehsal olunduğu fərq etməz.Əsas odur ki, keyfiyyətli olsun və müasir standartlara cavab versin", - birinci vitse-spiker hesab edir.

Əsgərovun sözlərinə görə, Azərbaycan NATO standartlarına artıq keçib. "Bu proses çoxdan gedir. Ötən il NATO ekspertləri Azərbaycanda olublar və bu mərhələdə aparılan hərbi islahatları yüksək qiymətləndiriblər. Hazırda ikinci mərhələ həyata keçirilir, hesab edirəm ki, o da müsbət qiymətləndiriləcək", - Əsgərov deyib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsasları 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" çərçivə proqram-sənədinin imzalanması ilə qoyulub. Azərbaycan, bu Proqramın ilk iştirakçılarından olan ATƏT-in 27 üzv-ölkəsindən biri olub. 1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama əsasən, Azərbaycan, üzərinə qoyulan təxminən 50 tərəfdaşlıq vəzifələrini yerinə yetirir.

2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığına dair iş Planının təsdiq olunması haqqında" fərman imzalayıb. Hazırda əməkdaşlıq, iş Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti