...

Xocalı faciəsi Türkiyə Parlamentində yenidən müzakirə olunacaq

Siyasət Materials 14 Fevral 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir S.Ağayeva / Xocalı soyqırımı 16-cı ildönümündə Türkiyə Parlamentində bir daha müzakirə olunacaq. Bu barədə cümə axşamı Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Ankaradan telefonla bildirib.

Fevralın 26-dan 27-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım həyata keçirilib, nəticədə 613 vətəndaş amansızcasına öldürülüb.

2007-ci ildə Türkiyə Parlamentində Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlanıb. Bu qanun layihəsində Xocalının dinc əhalisinin xüsusi vəhşiliklə qətlə yetirilməsi soyqırım adlandırılıb.

Faciənin 16-cı ildönümündə Türkiyə Parlamentində bu faciəyə həsr olunmuş sərginin keçirilməsi, o cümlədən sənədli film nümayişi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti