...

Vaşinqton Dağlıq Qarabağın gələcək statusunu beynəlxalq danışıqlar vasitəsilə müəyyən etməyə çağırır

Siyasət Materials 19 Fevral 2008 15:23 (UTC +04:00)
Vaşinqton Dağlıq Qarabağın gələcək statusunu beynəlxalq danışıqlar vasitəsilə müəyyən etməyə çağırır

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Ramazanova / Bazar günü Kosovonun müstəqilliyinin birtərəfli elan edilməsindən sonra, hansı ki 20-dən artıq ölkə, o cümlədən ABŞ tərəfindən tanınıb, rəsmi Vaşinqton Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə dair çıxış edib.

"Dağlıq Qarabağın gələcək statusu beynəlxalq danışıqlar vasitəsilə müəyyən edilməlidir" - ABŞ-ın Azərbaycandakı səfirliyinin press-relizində qeyd edilir.

Sənəddə deyilir ki, ABŞ Kosovonun müstəqilliyini tanıyıb, lakin ölkədəki vəziyyət - xüsusi vəziyyətdir və digər regionlar, o cümlədən Dağlıq Qarabağ üçün presedent ola bilməz.

ABŞ dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarına mənfi təsir edə biləcək açıq bəyanatlardan uzaq durmağa çağırır. "Münaqişənin kompromisli danışıqlardan savayı, hərbi və ya hər hansı digər üsullarla həll edilməsi cəhdi Qafqazda sülhə və sabitliyə təhlükə yaradır" - sənəddə deyilir.

Xəbər lenti

Xəbər lenti