...

QAT Ermənistan və Dağlıq Qarabağa səfər edəcək azərbaycanlıları hədələyir

Siyasət Materials 20 Fevral 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı 20 fevral / Trend , müxbir C.Babayeva/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan?n ictimaiyyət nümayəndələrindən Ermənistana və Dağlıq Qarabağa səfərdən imtina etməyi tələb edir. Bu barədə çərşənbə günü Trend -a QAT sədri Akif Nağı bildirib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın Trend -a verdiyi məlumata əsasən, bu ilin martında 7-10 nəfərdən ibarət olacaq nümayəndə heyəti Erm?nistana v? isgal alt?nda olan Dagl?q Qarabaga s?f?r ed?c?kl?r.

Abdullayevanın sözlərinə görə, Qarabağ üzrə ekspertlər, QHT rəhbərləri, həmçinin, jurnalistlərin daxil olacağı nümayəndə heyəti əvvəlcə Yerevanda keçiriləcək "Avrointerqrasiya çərçivəsində münaqişələrin həlli perspektivləri" mövzusunda konfransda iştirak edəcək. Bu konfransdan sonra azərbaycanlı nümayəndələr Ermənistandan Qarabağa yola düşəcəklər.

Nağının sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin adları səfərə qədər məlum olsa, QAT konkret olaraq həmin şəxslərə təzyiq göstərəcək. Nağı təzyiq formasını açıqlamayıb.

"Nümayəndə heyətinin səfəri gizli olacaqsa, səfərdən qayıdandan sonra onlar QAT-ın təzyiqləri ilə rastlaşacaqlar", deyə Nağı bildirib.

Nağının fikrincə, Ermənistana və Dağlıq Qarabağa Azərbaycanın ictimaiyyət nümayəndələrinin səfərləri milli maraqlara ciddi zərbə vurur.

""Xalq diplomatiyas?" m?qs?dil? h?yata keciril?n bu cür səfərlərin heç bir nəticəsi olmayıb",- deyə Nağı bildirib.

Ermənistan və Dağlıq Qarabağa səfər edən şəxslərə QAT-ın etiraz piketlərinin heç bir təsir göstərmədiyini bildirən Akif Nağı bildirib ki, onlara etiraz üçün yeni təzyiq formaları tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti