...

Türkiyənin İraqa müdaxiləsi bu regionda təhlükə və qeyri-stabilliyin artmasıdır – rusiyalı parlamentari

Siyasət Materials 22 Fevral 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ Trend , müxbir A. Qasımova/ Türkiyənin İraq ərazisinə müdaxiləsi Türkiyə və İraq hökumətlərini bir-birindən uzaqlaşdıracaq, beynəlxalq ictimaiyyətin anlaşılmazılığına və kürd əhalisinin qəzəblənməsinə səbəb olacaq, regionda terror təhlükəsi və qeyri-stabilliyin artmasına yardım edəcək. Rusiyalı parlamentari Mixail Margelov belə hesab edir.

Cümə gününə keçən gecə Türkiyə ordusu İraqın şimalındakı kürd separatçılarına qarşı quru əməliyyatına başlayıb. Yerli KİV-in məlumatına görə, türk ordusunun 10 min hərbçisi qırıcıların dəstəyi ilə İraq sərhədini keçib. İraqın xarici işlər naziri Xoşiyar Zəbari İraq hökumətinin ölkəyə hər hansı bir hərbi müdaxilə haqqında məlumata malik olmadığını bildirib. "Obyektiv olaraq, Türkiyəni başa düşmək olar. Sözsüz ki, istənilən terror təhlükəsi və separatçılıqla mübarizə aparmaq lazımdır və İraq hökuməti öz şimal ərazilərini idarə edə bilmir və o özü də bunu etiraf edir ki, onda digər mübarizə formalarının axtarışı labüd olur", - cümə günü RF Federasiya Şurasının Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Mixail Margelov Trend , - a bildirib. Lakin ekspert qeyd edib ki, belə mübarizə üçün kompleks tədbirlər var. Bu tədbirlərə potensial döyüçü birqadalarının maliyyələşdirmə kanallarının bağlanması, ölkənin şimal əraziləri üzərində nəzarətin bərpa edilməsi üçün İraqın qanuni hökumətinə yardım, regiondakı vəziyyət üzərində beynəxalq nəzarətin gücləndirilməsi daxildiri.

Türkiyənin İraqın şimal rayonlarına müdaxiləsi Kosovonun özünü müstəqil dövlət elan etməsindən sonra Priştinanın hərəkətini legitim sayan ölkələrin düşdüyü ikili vəziyyəti əks etdirir. Bir tərəfdən, Ankara Kosovo separatçılarını tanıyır və onları dəstəkləyir, digər tərəfdən isə, Türkiyənin cənubu və İraqın şimalında kürd separatçılığına qarşı amansız mübarizə aparır", - Margelov bildirib. Politoloqun rəyinə görə, kürd döyüşçülərinin əsas məqsədi məhz müstəqil kürd dövlətinin yaradılmasıdır və dünənki müdaxilə buna qarşı yönəlib. "Ankaranın bu gün nümayiş elədiyi ikili standartlar qərb dövlətləri tərəfindən beynəlxalq hüquq normalarına etinasızlıq siyasətinin nəticəsidir. Təhlükəli presedent və hələ ki, heç bir şeylə doldurulması mümkün olmayan qanunverici boşluq yaranıb", - Kosovo öz müstəqilliyini elan etdikdən sonra o bildirib. "Bu hadisədən sonra, Kosovo separatçılarının mövqeyi daha legitim, dövlətin ərazi bütövlüyü uğrunda çıxış edən və beynəlxalq hüququn sarsılmazlığı mövqeyində dayananların mövqeyi isə, daha da zəif olur", -deputat əlavə edib.

Yanvarda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hakimiyyəti qələbə çalanadək Kürd Fəhlə Partiyasının (KFP) döyüşçüləri ilə mübarizə aparacaq. Onun sözlərinə görə, kürdlərlə mübarizə terrorizmə qarşı dünya qarşıdurmasının bir hissəsidir. Bundan əlavə, Ərdoğan Türkiyənin kürdlərlə mübarizə üçün İraqın şimal ərazilərinin işğalında maraqlı olmadığını qeyd edib və vurğulayıb ki, Türkiyə İraqın ərazi bütövlüyünün qorunub saxlanmasının ən böyük tərəfdarıdır.Kürdlər öz dövlətçiliyi olmayan və öz ölkələrinin yaradılmasını məqsəd elan etmiş xalqdır. Kürdlər, əsasən, İraq, İran və Türkiyənin sərhədlərinin kəsişdiyi rayonda yaşayırlar.

BMT və Aİ tərəfindən terror təşkilatı elan edilən Kürd Fəhlə Partiyası təqribən dörddə bir əsrdir ki, Türkiyə ərazisinin bir hissəsində kürdlərin müxtariyyəti üçün silahlı mübarizə aparır. Bu münaqişə artıq 40 min insanın həyatına son qoyub.

Xəbər lenti

Xəbər lenti