...

Bir qrup şəxs kommunistlərin qurultayını keçirə bilməz - AKP sədri

Siyasət Materials 25 Fevral 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.İlhamqızı/ Rauf Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası bu adda fəaliyyət göstərən digər AKP-nin keçirdiyi növbədənkənar qurultayını tanımır. Bu barədə Trend ə AKP-nin sədri Rauf Qurbanov açıqlama verib.

AKP-nin yaradıcısı Ramiz Əhmədov ötən il vəfat etdikdən sonra partiya iki yerə - sədr müavinləri Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarına bölünüb. Hər iki tərəf ayrı-ayrılıqda AKP adından öz qurultaylarını keçirib.

Şahsuvarovun sədrlik etdiyi partiya Rauf Qurbanovu və onun tərəfdarlarını partiyadakı vəzifələrindən uzaqlaşdırıblar. Rauf Qurbanovun sədrlik etdiyi AKP-də Şahsuvarov və tərəfdarlarının partiyadan uzaqlaşdırıldığı elan edilib.

Bu ilin yanvarında isə, Şahsuvarovu sədrlikdən və partiyadan uzaqlaşdırıblar. O, öz partiya yoldaşlarını saxtakarlıqda ittiham edərək, ötən il əleyhinə çıxdığı Rauf Qurbanovun partiyasının daha legitim olduğunu bildirib.

Şahsuvarovun uzaqlaşdırıldığı AKP-nin bazar günü növbədənkənar qurultayı keçirilib.

Bununla bağlı açıqlama verən Qurbanov bildirib ki, bu qurultay qanunsuzdur və AKP-yə aidiyyatı yoxdur: "Qurultay bütün ölkə üzrə kommunistlərin üçdə iki səs çoxluğu ilə çağırılmalıdır. Bir qrup şəxs isə, "qurultay" keçirə bilməz, onlar hansı rayon təşkilatlarının konfranslarını keçiriblər ki, bu ali tolpantını da çağırsınlar?!"-deyə Qurbanov bildirib.

Xəbər lenti

Xəbər lenti