...

Sorğu: "İrəli"nin fəalı - Azərbaycanın ən nüfuzlu gənc lideridir

Siyasət Materials 26 Fevral 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / " , müxbir C.Babayeva / "Azad söz" gənclər bloqunun gənclər arasında apardığı sorğunun nəticələrinə görə, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı ən gənc nüfuzlu lider seçilib.

Bir ay davam edən sorğuda 901 respondent iştirak edib. Sorğu zamanı ən hörmətli və məşhur 9 gənc liderin adı məlum olub. İkinci yeri "İrəli"nin nümayəndəsi Səbuhi Rzayev tutub. Üçüncü yerə isə hazırda ABŞ-da təhsil alan Bəxtiyar Hacıyev seçilib.

Digər altı yeri Erkin Qədirli (Avropa inteqrasiyası üzrə Azərbaycan İctimai Milli Komitəsinin üzvü), Fərhad Məmmədov ("İrəli"nin təsisçisi),Vüsal Quliyev, Emir Milli (Avropada Azərbaycanlı Tələbələrin Forumu təsisçilərindən biri), Ramin Hacılı ( Demokratik İslahatlar Partiyasının gənclər təşkilatının sədri) və Vəfa Cəfərova ("Dalğa" Gənclər Hərəkatının sədri) bölüşdürürlər.

Xəbər lenti

Xəbər lenti