...

Azərbaycanda yaşayan Rusiyanın vətəndaşları prezident seçkilərində parlament seçkilərindən daha aktivdilər - səfirlik

Siyasət Materials 2 Mart 2008 18:15 (UTC +04:00)
Azərbaycanda yaşayan Rusiyanın vətəndaşları prezident seçkilərində parlament seçkilərindən daha aktivdilər - səfirlik

Azərbaycan, Bakı, 02 mart / müxbir Trend S.Ağayeva/ Azərbaycanda müvəqqəti yaşayan Rusiyanın vətəndaşları RF prezidentinin seçkilərində daha aktivdilər nəinki keçən il Dövlət Dumasına keçirilən seçkilərdə. Bu barədə bazar günü Trend ə Rusiyanın Azərbaycanda səfirliyi yanında yaradılan seçki komissiyasının sədr müavini Aleksand Trofimov bildirib.

İkisi mart Rusiyada prezident seçkiləri keçirilir. "Rusiya Federasiyası prezidentinin seçikləri haqqında" Federal qanuna əsasən Xarici işlər nazirliyi, xaricdə olan, rusiyanın vətəndaşları arasında demokratik seçkilər təşkil edib və keçirir. Azərbaycanın ərazisində iki seçki məntəqəsi yaradılıb - Bakıda, Rusiya səfirliyində Bakıxanov 17 ünvanında və Rusiya vətəndaşlarının müvəqqəti işlədiyi, Rusiyanın Azərbaycandan icarəyə götürdüyü Radiolakasiya stansiyasında, Qəbələ rayonunda.

Trofimovun sözlərinə görə, saat 15:00 olan məlumata görə Bakı və Qəbələ üzrə 1195 səs vermiş seçici qeydiyata alınıb.

Rusiya qanunvericiliyinə əsasən seçkilər günü səsvermə saat 08:00-dan 20:00 kimi aparılır.

Xəbər lenti

Xəbər lenti