...

ABŞ Azərbaycanda ədalətli prezident seçkilərinin keçirilməsinə yardım etmək niyyətindədir – amerikalı diplomat

Siyasət Materials 4 İyun 2008 14:27 (UTC +04:00)
ABŞ Azərbaycanda ədalətli prezident seçkilərinin keçirilməsinə yardım etmək niyyətindədir – amerikalı diplomat

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir A.Bədəlova/ ABŞ Azərbaycanda ədalətli prezident seçkilərinin keçirilməsinə yardım göstərmək niyyətindədir. Bu barədə Bakıda, "Neft və Qaz, Neft emalı və Neft kimyası" 15-ci beynəlxalq yubiley konfransında çıxış edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya ilə işlər üzrə köməkçisinin müavini Metyu Brayza bildirib. Sərgi və konfrans "İteca Caspian" şirkəti tərəfindən təşkil edilib.

"Biz hazırki prezident seçkisinin Azərbaycanın tarixində ən ədalətli seçki olması üçün hər bir şeyi edəcəyik", - Brayza bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Onun sözlərinə görə, cari il həm strateji, həm də təhlükəsizlik baxımından Azərbaycan üçün vacibdir. "Azərbaycan üçün bu ilin vacib qərarlarından biri prezident seçkiləri ilə bağlı olacaq. Seçkilərin nəticələri ölkənin gələcək inkişaf templərində öz əksini tapacaq", - amerikalı diplomat bildirib. "Biz həm Azərbaycanla bağlı vəziyyətdə, həm də bütün dünyaya münasibətdə ərazi bütövlüyünü dəstəkləyirik. Əgər dinc razılaşmalar istəyiriksə, siyasi prinsiplərə əməl etmək lazımdır", - Brayza bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburqda baş tutacaq görüşün vacibliyini qeyd edib. Enerji məsələlərinə gəldikdə isə, Brayza bildirib ki, Azərbaycan üçün onun malik olduğu ehtiyatlardan hansı ölkənin istifadə edəcəyi çox vacibdir. Amerikalı diplomat enerji tədarükünün diversifikasiyasının vacib rolunu qeyd edib. "Bazarın inkişafı üçün ciddi rəqabət zəruridir. Qazın müxtəlif qiymətlərlə, müxtəlif mənbələrdən daxil olması lazımdır", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti