...

Azərbaycanın XİN-nin başçısı Rusiyalı həmkarı ilə Moskvada ikitərəfli əlaqələrin inkişafı prespektivlərini müzakirə edibdir

Siyasət Materials 7 Sentyabr 2008 22:03 (UTC +04:00)
Azərbaycanın XİN-nin başçısı Rusiyalı həmkarı ilə Moskvada ikitərəfli əlaqələrin inkişafı prespektivlərini müzakirə edibdir

Rusiya, Moskva, 7 sentyabr/ Trend , müxbir R.Ağaev/ Rusiya və Azərbaycan xarici işlər nazirləri Serqey Lavrov və Elmar Məmmədyarov Moskvada Rusiya-Azərbaycan əlaqələrinin inkişafı prespektivlərini müzakirə ediblər. Bu barədə RF XİN-nin informasiyı və mətbuat departamentindən məlumat veriblər.

"XİN-nin rəhbərləri, 3-4 iyul RF prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı əldə olunmuş Rusiya-Azhərbaycan siyasi, iqtisadi və humanitar sahələrində əməkdaşlıqların hal hazırki durumunu və prespektivlərini müzakirə ediblər", - XİN-nin məlumatında deyilir.

Nazirlər həmçinin Cənubi Osetiya hadisələri ətrafında yaranan regional və beynəlxalq durum barədə fikir mübadiləsi aparıblar.

Məlumatda bildirilir ki, danışıqlar Rusiya-Azərbaycan əlaqələrinə xas olan dostluq abu-havasında aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti