...

"202" teleşirkətinin təsisçilərindən biri noyabrın 23 - də azad ediləcək

Siyasət Materials 31 Oktyabr 2008 17:44 (UTC +04:00)

Gürcüıstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "202" teleşirkətinin təsisçilərindən biri Şalva Ramişvili noyabrın 23 - də həbsdən azad ediləcək. Bu barədə cümə günü keçirilən brifinqdə Gürcüstan Parlamentinin Antiböhran Şurasının rəhbəri Giya Tortladze bildirib.

"O, "Qızıl gül inqilabı"nın ildönümü münsibəti ilə həyata keçirilən amnistiya çərçivəsində azad ediləcək", - deyə Tortladze bildirib və əlavə edib ki, Ramişvilinin azad edilməsi razılaşma nəticəsində baş tutub.

Ramişvili, keçmiş deputat Koba Bekauridən, onun adına ləkə gətirəcək məlumatların açıqlanmamasına görə 100 min dollar istədiyinə görə, 4,5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Amnistiya 3 000 - dək dustağa şamil ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti