Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı"nda iştirak edən ölkələrlə münasibətləri inkişaf etdirməyə səy göstərir ki, bu da həmçinin regionda münaqişələrin həllində irəliləyişə nail olmaq üçün töhfəni nəzərdə tutur. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia "Azerbaijan Today" jurnalına müsahibəsində deyib. Bu barədə "Avropa mehriban qonşuluq" proqramının informasiya resursunda deyilir.
"Şərq tərəfdaşlığı" təşəbbüsü Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşmaya kömək üçün platforma ola bilər, - Kobia qeyd edib. - Avropada şəxsi təcrübəyə əsaslanaraq, hesab edirik ki, birgə təşəbbüslər inamı artıra bilər və son nəticədə sülh prosesini stimullaşdıra bilər".
"Biz Azərbaycanın "Cənub enerji dəhlizi"nin, o cümlədən "Nabukko"nun inkişafına kömək etmək üçün konkret addımlar atmaqda davam etməsini yüksək qiymətləndiririk", - nümayəndə heyətinin rəhbəri Ai və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqla bağlı vurğulayıb.