...

Azərbaycan müxalifətində yeni koalisiya yaradıla bilər

Siyasət Materials 4 May 2011 18:02 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal (ALP), Klassik Xalq Cəbhəsi (KXCP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının yeni koalisiya yaratmaq ehtimalı var.
Azərbaycan müxalifətində yeni koalisiya yaradıla bilər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal (ALP), Klassik Xalq Cəbhəsi (KXCP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının yeni koalisiya yaratmaq ehtimalı var. Bu barədə çərşənbə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, hər üç partiyanın sədrləri arasında artıq bir neçə görüş keçirilib.

"Üç partiyanın müxalifətin inteqrasiyası məsələsində fikirləri üst-üstə düşür, baxışlarımızda yaxınlıq var. Bundan sonra da çalışacağıq ki, bu yaxınlığı daha da inkişaf etdirək. İstisna deyil ki, hər hansı şərtlər daxilində üç partiyanın əməkdaşlığı mümkün olsun. Hər şey danışıqların nəticələrindən asılıdır. Hər üç partiyanın öz fəaliyyətlərini gələcəkdə blok və ya koalisiya şəklində həyata keçirməsi istisna olunmur", - Əliyev əlavə edib.

Mayın 4-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında KXCP sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Bu, adıçəkilən partiya sədrlərinin son həftələrdə reallaşan silsilə təmasları çərçivəsində baş tutan sayca üçüncü görüşüdür.

Xəbər lenti

Xəbər lenti