...

Azərbaycan və Macarıstanın dövlət telekanalları əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Siyasət Materials 3 Fevral 2012 15:42 (UTC +04:00)
Azərbaycan və Macarıstanın dövlət telekanalları əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Azərbaycan və Macarıstanın dövlət telekanalları əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan və Macarıstanın dövlət telekanalları əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Dövlət Televiziyasının baş direktoru Balaş Medveçki cümə günü bu məsələ, həmçinin iki ölkə həqiqətlərinin qarşılıqlı şəkildə təbliğ olunması, informasiya və əyləncəli proqramların mübadiləsi ətrafında fikir mübadiləsi aparıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü diplomatik missiyadan verilən məlumatında deyilir.

Medveçkinin sözlərinə görə, Macarıstanın Dövlət Televiziyası mayda Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan və onun tarixi, mədəniyyəti, iqtisadi uğurları haqqında materiallar göstərmək niyyətindədir.
Azərbaycan səfiri fevralın 11-də Budapeştdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin seçim finalına fəxri qonaq qismində dəvət alıb.

Görüşdə ötən ilin dekabrında efirə gedən "Kontinentlərin dostluğu" müəllif proqramında Dağlıq Qarabağla əlaqədar tarixi həqiqətdən uzaq fikirlərin səsləndirilməsi məsələsinə toxunulub. Baş direktor qeyd edib ki, səfirliyin məktubu ilə əlaqədar bu məsələ araşdırılıb, proqram müəllifinə tarixi faktların qərəzsiz işıqlandırılması ilə əlaqədar tapşırıq verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti