...

İran, Əfqanıstan və Pakistanın ABŞ-a ünvanladığı üç fərqli mesaj

Siyasət Materials 16 Fevral 2012 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir D.Xatınoğlu, T.Cəfərov/

Əfqanıstanda Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sabiq diplomatı və siyasi məsələlər üzrə ekspert Vəhid Müjdə İran, Əfqanıstan və Pakistan prezidentlərinin bugün, fervalın 16-da keçiriləcək görüşdə Taliban ilə sülh məsələsini müzakirə etməyəcəklərinin səbəbini bunun hər üç ölkənin maraqlarına zidd olmasında görür.

İran Prezidenti Mahmud Əhmədinejad və onun əfqan həmkarı Hamid Kərzayi İslamabada səfər edib. Yerli KİV-in məlumatına görə, ölkə rəhbərləri arasında keçiriləcək üçgünlük iclasda narkotiklərlə, terrorizmlə mübarizə, Pakistanın İrandan elektrik enerjisi alması və digər məsələlər müzakirə olunacaq.

Müjdə telefonla Kabildən Trend-ə bildirib ki, bu məsələlər üç ölkə arasında həmişə müzakirə mövzusu olub, lakin hər üç ölkəni narahat edən digər məsələlər də var.

Əfqanıstan hakimiyyəti və bu ölkədə xarici hərbiçilərə qarşı silahlı mübarizə aparan Taliban terror qrupu Qətərdə nümayəndəliyin açılmasına razılığını bildirib.

Əfqanıstan Prezidentinin sözçüsü Siyamək Herəvi Trend-ə bildirib ki, bu ölkə əvvəl Talibanın nümayəndəliyinin Türkiyə, yaxud Səudiyyə Ərəbistanında açılmasını dəstəkləsə də, nəhayət yanvarın 5-də Taliban ofisinin Qətərdə açılmasına razılıq verdiyini rəsmən elan etdi.

Onun sözlərinə görə, 2008-ci ildən Əfqanıstan hakimiyyəti Talibanla sülh müzakirələrinə Pakistanda başlasa da, indiyədək heç bir nailiyyət əldə etməyib. Müzakirələr qeyri-mütəmadi keçirildi. Taliban yeni açılacaq Qətər ofisində Əfqanıstan hakimiyyəti ilə müzakirə aparmaq istəmir, onlar sadəcə ABŞ ilə müzakirə aparacaqlarını bildiriblər.

Heravi əlavə edib ki, Talibanla sülh müzakirələri xaricilərlə deyil, əfqanların öz arasında aparılmalıdır.

Müjdə bildirib ki, Taliban ilə sülh müzakirələrinin üç ölkənin rəhbərlərinin görüşündə qabardılmamasının bir səbəbi də həmin ölkələrin ABŞ-la olan təhlükəsizlik problemləridir.

"Mövzulardan biri ABŞ-ın regionda gördüyü işlərdən narahatçılıqla bağlıdır. Bir neçə gün öncə ABŞ Konqresində iclasda Bəluç separatçılarından bir qrup iştirak etmişdi", - Müjdə deyib.

Bəluç separatçıları hazırda Pakistan dövləti ilə müharibə aparırlar. Bəluçlar həm İranda, həm də Pakistanda yaşayır.

İran son illərdə bəluçların hüquqlarının müdafiəsi iddiasında olan "Cundullah" hərbiçiləri ilə mübarizə aparır və indiyədək onlarla İran hərbiçisi bu qrupun terroru nəticəsində həlak olub.

Müjdə bildirir ki, ABŞ-ın bəluçlarla müzakirəsi Pakistan kimi, Birləşmiş Ştatların təzyiqlərinə məruz qalmış İranı da narahat edir. "Bu məsələ İran və Pakistan arasında əlaqələrin yaxınlaşmasına səbəb ola bilər. Digər tərəfdən, Əfqanıstan Taliban və ABŞ-ın Qətərdə aparacağı danışıqlardan narahatdır. Bu məsələlər üç ölkəni narat edir və iclasda müzakirə olunacaq", - Talibanın sabiq diplomatı Müjdə hesab edir.

Onun sözlərinə görə, iclasın gündəliyində olmasa da, bağlı qapılar arxasında üç ölkə prezidentləri Taliban- ABŞ müzakirələri barədə ciddi söhbət edəcəklər.

Müjdə bundan əvvəlki rəhbərlər səviyyəsində keçirilmiş müzakirələrə gəldikdə bildirib ki, təssüf ki, İran, Pakistan, Əfqanıstan prezidentlərinin davamlı görüşlərinin müsbət nəticələri indiyədək əldə olunmayıb.

Onun sözlərinə görə, bu üçtərəfli görüşlərdə işitak edən hər bir ölkənin özünə məxsus hədəfləri var: İran istəyir ABŞ başa salsın ki, bizim regionda nüfuzumuz yüksəkdi və sizinlə ən yaxın münasibətdə olanlarla da əlaqələrimiz yüksək səviyyədədir. Pakistan istəyir ABŞ-a başa salsın ki, Pakistanın istəyi və iştirakı olmadan regionda hansısa iş görə bilməzsiz. Əfqanıstan da istəyir ABŞ-a başa salsın ki, əgər siz Əfqanıstan hökumətinin istəyi olmadan müxaliflərlə müzakirələr etsəniz, biz də regionda digər ölkələrlə yaxınlaşa bilərik.

Xəbər lenti

Xəbər lenti