...

QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkisi ilə bağlı layihələri maliyyələşdirəcək

Siyasət Materials 23 May 2013 11:51 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkisinin monitorinqi və seçkilərlə əlaqədar seçicilərin maarifləndirilməsi ilə bağlı layihələri maliyyələşdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə şuranın sədri Azay Quliyev deyib.
QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkisi ilə bağlı layihələri maliyyələşdirəcək

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkisinin monitorinqi və seçkilərlə əlaqədar seçicilərin maarifləndirilməsi ilə bağlı layihələri maliyyələşdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə şuranın sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, seçicilərin maarifləndirilməsi ilə bağlı layihələr vasitəsilə seçicinin səsvermə zamanı olan hüquq və vəzifələri təbliğ olunacaq.

A.Quliyev bildirib ki, ikinci istiqamət, yəni seçkinin monitorinqinin təşkili ilə bağlı layihə yenilik tətbiq olunub. Bu yeniliyə əsasən, bu il ilk dəfə olaraq, QHT-lər koalisiya şəklində layihələrini təqdim edə biləcəklər. Koalisiyada minimum 5 QHT təmsil olunmalıdır:

"QHT-lərdən birinin, yəni operator kimi çıxış edən QHT-nin rəsmi dövlət qeydiyyatının olması vacibdir. Koalisiyanın özünün isə dövlət qeydiyyatına alınmasını tələb etmirik".

Şura sədri hər bir layihənin maliyyələşdirilməsi üçün maksimum 50 min manat maliyyə vəsaitinin ayrılacağını söyləyib. O qeyd edib ki, QHT-lərin qarşısında qoyulan vəzifənin vacibliyi ayrılan məbləğin artırılmasına səbəb olub.

A.Quliyev onu da əlavə edib ki, seçkini monitorinq edəcək QHT Koalisiyaları tərəfindən təkliflər 2 mərhələdə qəbul ediləcək. Birinci mərhələdə ilkin layihə barədə məlumat öz əksini tapacaq.
Şura sədri layihələrin qəbulu ilə bağlı heç bir məhdudiyyətin olmadığını da nəzərə çatdırınb. O deyib ki, standartlara uyğun olacağı təqdirdə layihələr təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti