...

Con Kerri: ABŞ Suriyada vətəndaş müharibəsinə müdaxilə etmək fikrində deyil

Siyasət Materials 4 Sentyabr 2013 23:34 (UTC +04:00)
ABŞ Suriyada vətəndaş müharibəsinə müdaxilə etmək fikrində deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Con Kerri: ABŞ Suriyada vətəndaş müharibəsinə müdaxilə etmək fikrində deyil

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

ABŞ Suriyada vətəndaş müharibəsinə müdaxilə etmək fikrində deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"Biz razıyıq ki, amerikan hissələri yerlərdə olmayacaq. Prezident qəti olaraq, deyib ki, bizim Suriyada vətəndaş müharibəsinə müdaxilə etmək niyyətimiz yoxdur. Bunlar planda yoxdur" - deyən Kerri Konqresin Beynəlxalq Əlaqələr Komitəsinin üzvlərinə Barak Obamanın Suriyaya hərbi müdaxilə planını təqdim edib.

"Prezident xahiş edir ki, Bəşər Əsədin kimyəvi silahdan istifadə imkanlarını azaltmaq üçün məhdud əməliyyatın keçirilməsinə razılıq verəsiniz" - deyə Kerri əlavə edib.

Xəbər lenti

Xəbər lenti