Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Tanini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
XİN rəhbəri Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer Kaybiçi də diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. E.Məmmədyarov S.M.Kaybiçə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.