...

XİN: Azərbaycan vətəndaşlarının və ölkədə olan əcnəbilərin təhlükəsizliyi təmin olunur

Siyasət Materials 25 Mart 2015 18:42 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının və ölkədə olan əcnəbilərin təhlükəsizliyi təmin olunur.
XİN: Azərbaycan vətəndaşlarının və ölkədə olan əcnəbilərin təhlükəsizliyi təmin olunur

Azərbaycan, Bakı, 25 mart /Trend/

Azərbaycan vətəndaşlarının və ölkədə olan əcnəbilərin təhlükəsizliyi təmin olunur.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsrailin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır: "Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti