...

TÜRKPA Azərbaycanda referendumu müşahidə edəcək

Siyasət Materials 22 Sentyabr 2016 15:59 (UTC +04:00)
TÜRKPA missiyası referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.
TÜRKPA Azərbaycanda referendumu müşahidə edəcək

Bakı. Trend:

Milli Məclisin dəvəti ilə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.

TÜRKPA-dan Trend-ə verilən məlumata görə, missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir.

Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti