...

XİN: Berlindəki hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Siyasət Materials 20 Dekabr 2016 17:45 (UTC +04:00)
Berlindəki bədbəxt hadisə nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
XİN: Berlindəki hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. Səba Ağayeva - Trend:

Berlindəki bədbəxt hadisə nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, bu barədə məlumat Azərbaycan səfirliyinə Almaniyanın hüquq-mühafizə orqanlarından daxil olub.

Xatırladaq ki, ötən gün Berlində Milad yarmarkasında Pakistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti