...

Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək (YENİLƏNİB)

Siyasət Materials 8 Dekabr 2017 14:41 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək.
Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək (YENİLƏNİB)

Bakı. Trend:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanda keçirilən mətbuat konfransında deyib.

Nazir deyib: “Hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır. Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək gərəkdir. Bunların arasında ilk növbədə münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyiş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması fikrimizcə müsbət haldır”.

S.Lavrov qeyd edib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədrləri ilə kollektiv işini davama etdirəcək: “Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti