...

Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiq edildi

Siyasət Materials 15 May 2020 18:12 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiq edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti