...

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

Siyasət Materials 5 Sentyabr 2021 08:40 (UTC +04:00)
G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

Bakı. Trend:

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib.

"Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparacaq. Rusiya, Çin və digər [ölkələrdən] nümayəndələr də iştirak etməlidir", nazir deyib.

Moteginin sözlərinə əsasən, məsləhətləşmələr artıq sentyabrın 8-də baş tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti