...

Azərbaycanda siyasi partiya təsisçiləri ilə bağlı say tələbi müəyyən edildi

Siyasət Materials 16 Dekabr 2022 12:26 (UTC +04:00)
Azərbaycanda siyasi partiya təsisçiləri ilə bağlı say tələbi müəyyən edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda siyasi partiya təsisçiləri ilə bağlı say tələbi müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilir ki, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.
Layihənin ilkin variantında isə siyasi partiya təmsilçisi kimi Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) qeyd edilmişdi.

Qeyd edək ki, qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti