...

Siyasi partiyalar qarşısında üzvlərin sayı ilə bağlı yeni tələb qoyulacaq

Siyasət Materials 16 Dekabr 2022 12:30 (UTC +04:00)
Siyasi partiyalar qarşısında üzvlərin sayı ilə bağlı yeni tələb qoyulacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Siyasi partiyalar haqqıda" qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya (5000) çatdırılması üçün tədbirlər görməlidir və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb. Qeyd edilir ki, Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət (180 gün) bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

Nəzərdə tutulan müddətdə üzvlərinin sayını beş min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq. Qeyd edək ki, qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti