...

Azərbaycan və Latviya arasında strateji dialoqun ikinci iclası keçirildi

Siyasət Materials 7 Noyabr 2023 16:22 (UTC +04:00)
Azərbaycan və Latviya arasında strateji dialoqun ikinci iclası keçirildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Latviya respublikaları arasında strateji dialoqun ikinci iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor Anjeys Vilumsons rəhbərlik edib.

İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

İki ölkə arasında strateji dialoqun, habelə Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, normallaşma prosesi, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası barədə məlumat verilib.

İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti