...

106 il öncə yaradılmış Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib - Spiker

Siyasət Materials 25 İyun 2024 11:08 (UTC +04:00)
106 il öncə yaradılmış Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib - Spiker
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ordusu şərəfli yol keçərək, bu gün ən güclü ordular sırasında yer tutur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker bildirib ki, 106 il öncə yaradılmış Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib.

“Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirlərində böyük peşəkarlıq və şücaət göstərib. Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib.

Silahlı Qüvvələr günü münasibətilə Müzəffər Ali Baş Komandanı və Ordumuzun şəxsi heyətini təbrik edirik. Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən tarixi missiyasını şərəfli yerinə yetirəcəyinə əminik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti