Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycan konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir.
Trend xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, dünən XİN mətbuat katibi Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayıb təqdim etdi.
“Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə ötən gün "X" sosial şəbəkəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Konstitusiyası ilə bağlı əsassız iddialarına cavab verib.