Bakı. Trend:
“Bakıda keçirilən COP29 sammitində çox ilhamverici bir gün keçirdik.”
Trend xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın İnkişaf Naziri Annelis Dodds özünün “X” sosial media platformasında paylaşıb.
Nazir qeyd edib ki, “iqlim maliyyəsinə çıxışı genişləndirməkdən tutmuş, iqlim dəyişikliyinin təsirindən ən çox zərər çəkənləri qorumağa qədər, iqlim və inkişaf mövzularının ayrılmaz bir şəkildə əlaqəli olduğunu anlayırıq.”
Dodds Böyük Britaniyanın beynəlxalq arenada öz mövqeyini daha da güclü şəkildə ifadə etdiyini vurğulayıb. Bununla yanaşı, nazir tədbir çərçivəsində tanınmış ingilis aktyoru Teo Ceyms ilə də görüşüb.