Bakı. Trend:
Azərbaycanda “Böyük Qayıdış” proqramı uğurla icra edilməkdədir. Bu il ərzində işğaldan azad edilmiş ərazilərə köç müntəzəm şəkildə davam etdirilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan ondan sonrakı dövrdə də yeni bir tarix yazır.
“2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfəri nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış ərazilərini azad etdi. Qarabağ və Şərqi Zəngəzurun tamamilə işğaldan azad olunması ilə ölkə qarşısında yeni və strateji bir mərhələ başlandı. Bu torpaqlara həyatın qaytarılması, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin layiqli şəkildə öz yurdlarına dönməsi üçün böyük işlər görülməli idi. Azərbaycan işğaldan azad etdikdən sonra dərhal həmin ərazilərdə bərpa və quruculu işlərinə başladı. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildi.
Təəssüflər olsun ki, ermənilərin işğal dövründə ərazilərimizdə saysız minalar basdırması, ərazilərimizi dünyada minalarla ən çox çirkləndirilmiş ərazilərdən birinə çevirməsi, mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi bərpa və quruculuq işlərində böyük maneçilik törədir. Ərazilərin minalardan təmizlənməsi böyük əmək və vəsait tələb edir. Azərbaycan öz gücü hesabına bu işin də öhdəsindən gəlməyi bacarır və ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam etdirilir. ANAMA və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu işlər təhlükəsizliyin təmin olunması baxımından əsas prioritetdir”, - deyə o qeyd edib.
Deputat bildirib ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb:
“O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Ayrılan bu
vəsait həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icra
edilməsinə imkan verir. artıq xeyli sayda keçmiş məcburi köçkünümüz
layiqli şəkildə öz dogma yurdlarına qayıdıblar və onlar üçün həmin
ərazilərdə yaşamaq üçün hər cür şərait yaradılıb
2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin
tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun
Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır”.